!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalif deputat Paşinyanın tutarını QOYMADI: “O, Ermənistanın məhvinə belə razıdır”

!Reklam – Yazi

“Nikol Paşinyan Ermənistanı “sülh yollarının kəsişməsində” saxlayacağına dair vəd verərək, “Artsax”ı (Ermənilər Qarabağı belə adlandırır – red.) təslim etdi. Lakin bu, əslində, Paşinyanın “sülh” adı altında ABŞ Prezidenti Co Bayden rejiminin sifarişi, Fransa Prezidenti Emmanuel Makronun dəstəyi və Avropa İttifaqının sabiq rəsmisi Şarl Mişelin vasitəçiliyi ilə həyata keçirilən bir planın tərkib hissəsi idi. Bu planın məqsədi Rusiya qoşunlarını regiondan çıxarmaq üçün “Artsax”ı qurban vermək idi. Bayden administrasiyası “Artsax” ermənilərin taleyini prioritet olaraq görmür”.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisin müxalif “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan özünün sosial şəbəkə hesabında yazıb.

Deputatı bildirib ki, Nikol Paşinyan Ermənistanın milli maraqlarını müdafiə etmək əvəzinə, xarici qüvvələrin əlində anti-Rusiya alətinə çevrilmiş vəziyyətdədir:

“Gürcüstan hökuməti belə bu vəziyyətdən qaça bilmişkən, Ermənistanın bu cür siyasət yürütməsi ölkənin daha da zəifləməsinə səbəb olur. “Kollektiv Qərb”i yalnız anti-Rusiya addımları maraqlandırır və Ukrayna, Ermənistan və ya Suriyanın taleyinin necə olacağı onları narahat etmir. Bu gün Paşinyanın xarici sahiblərinin təsiri azalır. Bu durumda Ermənistanın xarici qüvvələrə xidmət edən və anti-Rusiya, anti-İran siyasəti yürüdən destruktiv yanaşmasından imtina etməsi zəruridir. Bayden administrasiyası və digər Qərb gücləri artıq regiondan çəkilir, Nikol isə ölkəni çətin vəziyyətdə tərk edir. Ermənistan indi Paşinyanın xarici təsir altında bişirdiyi “zəhərli yeməyi” qəbul etmək məcburiyyətindədir.

Onun sözlərinə görə, Ermənistanın bu vəziyyətdən xilas olması üçün yeganə çıxış yolu Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasıdır:

“Bu dəyişiklik bir neçə yolla mümkündür və nəticədə xarici siyasət də yenidən formalaşdırılmalıdır. Yeni xarici siyasət isə Rusiya və İran kimi təbii müttəfiqlərlə qarşılıqlı etimadı bərpa etməyi hədəfləməlidir. Hakimiyyət dəyişikliyindən sonra Ermənistan-Azərbaycan münasibətləri yalnız Rusiya vasitəçiliyi ilə üçtərəfli formatda tənzimlənə bilər: Ermənistan-Azərbaycan-Rusiya. Ermənistanın gələcək taleyi isə 2020-ci il 10 noyabr razılaşması və sonrakı razılaşmaların əsasında qurulacaq sülh prosesindən asılıdır. Bəzi dairələr üçün bu yanaşma xoş olmayacaq, lakin alternativ seçim dövlətçiliyin tamamilə itirilməsidir”.

“Nikol öz vəzifəsini qorumaq və məhkəmədən qaçmaq üçün Ermənistanın məhvinə belə razıdır. Bunun nəticəsində Ermənistan tarix səhnəsindən silinsə, sonrakı vəziyyət artıq heç bir əhəmiyyət kəsb etməyəcək. Ermənistanı sevən qüvvələr Paşinyanın sülh yolu ilə hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə, ona müəyyən zəmanət verməyə hazır olmalıdır. Əks halda, Paşinyan öz şəxsi maraqlarını qorumaq üçün Ermənistanın tamamilə məhv olmasına səbəb olacaq. Bu prosesi soyuqqanlı və strateji şəkildə həyata keçirmək zəruridir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv