Ukrayna, ABŞ və Rusiya BƏƏ-də danışıqlar aparacaq

media-hightechnic-468x90

Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində çıxışı zamanı bildirib.

Zelenskinin sözlərinə görə, bu formatda keçiriləcək görüş ilk üçtərəfli danışıqlar olacaq və 23–24 yanvar tarixlərində Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq.

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqların keçirilməsi planlaşdırılır./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa