!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müxalifət növbədənkənar parlament seçkilərinə tam hazır deyil...” – İqbal Ağazadə

!Reklam – Yazi

“Boykot qərarı vercək partiyaların o mövqeyinə indidən təəssüf edirəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının prezident İlham Əliyevə parlamentin buraxılması ilə bağlı müraciətinə münasibət bildirən Ümid Partiyasının sədri İqabal Ağazadə deyib.

İqbal Ağazadənin sözlərinə görə, parlamentin buraxılması gözlənilən addım idi:

“Prezidentin parlamenti buraxması üçün bir neçə yol vardı. Ya baş nazir, ya büdcə layihəsi, ya Ombudsman, ya da Baş prokuror təsdiq olunmamalı idi. Yəni bu “ya”lar olmalı idi. Əgər bu addımlar atılmış olsaydı, icra və qanunverici orqan arasında razılığın olmaması, hakimiyyətin bölünməsi cəmiyyəti fərqli qənaətə yönləndirə bilərdi.

Hakimiyyət optimal variantı seçdi. Hakim partiyanın deputatları mandatdan könüllü imtina etdilər. Parlamentdə deputatların sayı 83-dən aşağı düşəndə, avtomatik yeni parlament seçkiləri keçirilməlidir.

Yəqin ki, növbədənkənar parlament seçkiləri fevralın birinci həftəsi, ən geci ikinci həftəsinə təyin ediləcək”.

Müxalif düşərgənin parlament seçkilərinə hazırlığı barədə isə İqabal Ağazadə aşağıdakı fikirləri səsləndirib:

“Hazırlıq prosesimiz istədiyimiz səviyyədə olmasa da, hakim partiya xaric, digər partiyalarla müqayisədə proseslərin bu yöndə inkişaf edəcəyini gözləyirdik. Bununla belə, biz də növbədənkənar seçkilərə bir o qədər hazırlıqlı deyilik.

Bizim müxalifət olaraq, ən böyük zəifliyimiz seçkilərə konkret tarix üzrə hazırlaşmağımızdır. Ancaq hər seçki bitəndən sonra növbəti seçkiyə hazırlaşmaq lazımdır.

Çalışıb, maksimum gücümüzlə seçkidə iştirak etməliyik. Nəticə bizdən yox, demokratik mühitin yaradılmasından, ədalətli seçkilərin keçirilməsindən və proseslərin dinamikasından asılıdır.

Hakimiyyət dinamikanı aşağı salmağa çalışacaq. Ancaq seçkiyə nə qədər çox partiya və namizəd qatılarsa, dinamika o qədər yüksək olacaq.

Bütün siyasi partiyalara müraciət edirəm ki, növbədənkənar parlament seçkilərində maksimum dərədəcə iştirak etsinlər. Boykot qərarı vercək partiyaların o mövqeyinə indidən təəssüf edirəm”.

Səxavət Məmməd

www.yenicag.az

3235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv