Müxalifətin mitinqləri niyə sönük keçir?

media-hightechnic-468x90

10814282_10204539413638084_424071707_nKamil Seyidov: “Cəmiyyətdə müxalifətə olan inam tamamilə aşağı düşüb”

Elman Fəttah: “İndiki siyasi situasiyaya uyğun olaraq mitinqlər də normal səviyyədə keçir”

Son zamanlar müxalifətin təşkil etdiyi mitinqlər ora gələnlərin az olması ilə yaddaşlarda qalıb. Müxalifət nə qədər mitinq təşkil etsə də, ora xeyli sayda insan cəlb edə bilmir. Üzvlərinin sayının 40-50 min olduğunu iddia edən bu qüvvələr mitinqlərə heç iki min insan da toplaya bilmir.

Görəsən, belə vəziyyətin yaranmasının səbəbi nədir? 

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov Yenicag.az saytına açıqlamasında belə bir vəziyyətin yaranma səbəbini cəmiyyətin artıq müxalifətə inanmaması, onların yenilik gətirə bilməməsində axtarmağı lazım bildi: “Doğrudan da müxalifətin təşkil etdiyi mitinqlər zəif olması ilə yadda qalıb. Onların təşkil etdiyi mitinqlərə günü gündən az insan gəlir. Bir ara onlara mitinq keçirmək üçün “20-ci sahə” deyilən ərazini verəndə bəhanə edirdilər ki, uzaq olduğundan ora az adam gəlir. İndi isə şəhərin mərkəzində aksiya keçirirlər. Amma bir-iki il bundan qabaq olduğundan da az adam bu mitinqlərə toplaşır. Belə vəziyyətin yaranması nədən qaynaqlanır?

Birinci növbədə ondan qaynaqlanır ki, artıq cəmiyyət müxalifətin kim olduğunu gözəl anlamağa başlayıb. Onlarda müxalifətə olan inam tamamilə aşağı düşüb. İnsanlar bu qüvvələrin bacarığına artıq inanmırlar. Belədə sosial bazaları zəifləyib. Hətta artıq müxalifətdə intelektual kəsim də demək olar ki, qalmayıb. İntelektin olmadığı yerdə isə, normal təşkilatçılıq işi aparmaq da mümkünsüzdür. Digər tərəfdən, iqtidarın apardığı siyasət, xalq arasında onun nüfuzunu daha da artırıb. İnsanlar hakimiyyətin xalq üçün çalışdığını görür. Bu amil də onların müxalifətə inamının azalmasına gətirib çıxarıb. Çünki, xalq onun problemlərini həll edən, bu istiqamətdə çalışan qüvvələrə etibar edir, nəinki pafoslu danışıb, heç bir real iş görməyi bacarmayan müxalifətə”.

Yenicag.az-a danışan Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə əksinə iddia edir ki, müxalifətin təşkil etdiyi aksiyalar heç də zəif təsir bağışlamır: “Düşünmürəm ki, müxalifətin mitinqləri zəif keçir. İndiki siyasi situasiyaya uyğun olaraq mitinqlər də normal səviyyədə keçir. Sadəcə, hakimiyyət ölkədə elə bir represiv mühit yaradıb ki, insanlar nəinki müxalifətin mitinqinə gəlməyə, hətta bəzən bu barədə düşünməyə belə çəkinirlər. Bütövlükdə ölkədə siyasi mühitin belə bir çıxılmaz vəziyyətə salınması hakimiyyətin öz siyasətini daha da represivləşdirməsinin nəticəsidir. Burada başqa bir səbəb yoxdur”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600