!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müzakirəsi bitməyən “Media haqqında” qanun: "Bu layihə yeniliklərə yol açır"

!Reklam – Yazi

“Qeyri-peşəkarlar ciddi mediada uzunmüddət duruş gətirə bilmirlər”.

Bunu “Media haqqında” yeni qanun layihəsinin ictimai mühitdə geniş müzakirələrə səbəb olmasına münasibət bildirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri vurğulayıb ki, sözügedən qanun layihəsinin qəbulu tək çap mətbuatı deyil, eyni zamanda onlayn medianın və internet televiziyalarının tənzimlənməsi istiqamətində də əhəmiyyətli nəticələr əldə etməyə imkan verəcək:

“1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun yeni dəyişikliklərlə tam ayaqlaşa bilmirdi. Baxmayaraq ki, bu günə kimi həmin qanunda 79 dəfə dəyişikliklər edilib. Məsələ burasındadır ki, son 22 ildə media sahəsində tamamilə yeni reallıqlar və tələblər formalaşıb. Bu baxımdan yeni layihəni ölkə mediasının inkişafına təkan verəcək bir qanun layihəsi kimi qiymətləndirmək lazımdır. Qanun layihəsinin geniş ictimai müzakirəyə çıxarılması müsbət addım kimi təqdir edilməlidir. Layihədəki mütərəqqi cəhətləri tamamilə görməzdən gəlmək, inkar etmək ədalətsiz yanaşmadır.

Nəzərə almaq lazımdır ki, bu layihə media sahəsində müasir dünyanın reallıqlarına yönəlikdir və ölkə mediası üçün müsbət yeniliklərə yol açır. Ona görə də “Media haqqında” qanun layihəsi “KİV haqqında” mövcud qanundan hər mənada mütərəqqidir. Jurnalistləri attestasiyadan keçirməyə və bir sıra digər məhdudiyyətlər tətbiq etməyə isə ehtiyac yoxdur. Media onsuz da özü süzgəc rolunu oynayır və qeyri-peşəkarlar ciddi mediada uzunmüddət duruş gətirə bilmirlər”.

Gülşən Şərif

www.yenicag.az

556
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv