!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Muzdlular kütləvi şəkildə Rusiya ordusunu tərk edir

!Reklam – Yazi

Nepaldan olan muzdlular kütləvi şəkildə Rusiya ordusunu tərk edirlər.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

İddia olunur ki, muzdluların qaçmasına böyük sayda itkilər, səhra komandirlərinin kobud münasibəti, həmçinin vəd edilən pulların ödənilməməsi səbəb olub.

Qeyd edək ki, Nepal hakimiyyəti 2024-cü ilin yanvarında Rusiyanın Ukraynaya qarşı müharibəyə 200-dən çox vətəndaşını cəlb etdiyini açıqlayıb. Onlar bunun qarşısını almaq üçün Rusiyada işləmək məqsədilə verilən icazələrin paylanmasını dayandırıblar.

Mətbuatdakı məlumatlara görə isə Rusiya 2 minə yaxın Nepal vətəndaşını orduya cəlb edib.

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv