!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Myanmada hərbçilər bu gün 56 etirazçını öldürüb

!Reklam – Yazi

Myanmada martın 27-də hərbi rejim əleyhinə keçirilən etiraz yürüşünün dağıdılması zamanı polis və ordunun atəş açması nəticəsində 56 aksiyaçı ölüb.

Yenicag.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, Myanmanın Yanqon, Mandalay, Myeik, Vundvin, Meikhtila və Kyaukpadaunq şəhərlərində keçirilən etiraz aksiyalara hərbçilər atəş açıb. Məlumata görə, hərbçilərin açdıqları atəş nəticəsində ölənlərin meyitləri əsgərlərin yerləşdiyi ərazidə qaldığından onları götürmək hələ ki mümkün deyil. Ona görə də ölənlərin sayının artacağı istisna olunmur.

Myanmada fevralın 1-dən hərbi xuntaya qarşı etiraz aksiyalarının iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı 344 nəfərə çatıb.

Təşkilatın məlumatına görə, həlak olanların əksəriyyəti 18-24 yaş qrupları arasında olan insanlardır.

Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.

www.yenicag.az

451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv