Без названияXəzər dənizinin Xaçmaz rayonu Müqtədir qəsəbəsi ərazisində iki nəfər dənizdə batıb.

Quba rayonu Digah kənd sakinləri, 1978-ci il təvəllüdlü Nəcəfov Roman Abdul oğlu və 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlu Nabran qəsəbəsi ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıda, nəzarətsiz ərazidə) dənizdə boğulub.

Hər iki şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupu cəlb olunub. Aparılan axtarışlar nəticəsində R. Nəcəfovun meyiti batdığı yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

E. Ömərovun axtarışları davam etdirilir.(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."