Naməlum sualtı gəmi Yaponiya sərhədində: Qüvvələr cəlb edildi

Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri (YDÖQ) tərəfindən naməlum sualtı gəmi müəyyən edilib.

Yenicag.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Bildirilib ki, Yaponiya su sərhədinə yaxın üzən naməlum gəminin müəyyənləşdirilməsi üçün həmin yerə YDÖQ-yə məxsus freqat və kiçik təyyarə göndərilib.

Sözügedən sualtı gəmi Yaponiya sərhədini pozmadan Şərqi Çin dənizinə doğru irəliləyib.

Yaponiya Müdafiə Nazirliyi tərəfindən sualtı gəminin Çin donanmasına aid olduğunun təxmin edildiyi bildirilib.