Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Namik Ələskərovun komandası baş məşqçi ilə vidalaşdı

Reklam: High Technic

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə “Bursaspor”u baş məşqçisi Fatih Tekke ilə yollarını ayırıb.

Yenicag.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayıb.

Bildirilib ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Buna I liqada mübarizə aparan komandanın uğursuz çıxışı səbəb olub. Bursa təmsilçisi Tekkenin başçılığı altında meydana çıxdığı 4 oyunda cəmi 4 xal toplaya bilib.

Qeyd edək ki, Fatih Tekke avqustun 24-də “Bursaspor”a baş məşqçi təyin olunmuşdu.

www.yenicag.az

160
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100