Namiq Qaraçuxurludan SƏRT QINAQ: “Bu, həssas insanları qıcıqlandırmaqdan başqa bir şey deyil”

media-hightechnic-468x90

“O torpaqlarda şou göstərmək, selfi etmək və sair hələ tezdir”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu tanınmış meyxanaçı Namiq Qaraçuxurlu işğaldan azad olunan torpaqlarda konsert verən, selfi çəkdirən, şadyanalıq edənlərlə bağlı fikirlərini bölüşərkən deyib.

Sənətçi sosial şəbəkə hesabında paylaşım edərək həmin insanları qınayıb:

“Son baş verənlər bir daha göstərdi ki, əgər siyasi baxımdan vacib deyilsə, o torpaqlarda şou göstərmək, selfi etmək və sair hələ tezdir. Bəzi tədbirlər beynəlxalq aləm üçün vacibdir, məcburuq. Bəzilərinə isə lüzum yoxdur. Əksinə, həssas insanları qıcıqlandırmaqdan başqa bir şey deyil. Şəhid ailələrinə, onlar qədər yananlara səbr, yaralılarımıza şəfa diləyirəm”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05