“Napoli” Darvin Nunezi İSTƏYİR – Neapollular uruqvaylı üçün HƏRƏKƏTƏ KEÇDİ

media-hightechnic-468x90

İngiltərənin “Liverpool” klubunun hücumçusu Darvin Nunez İtaliya təmsilçisi “Napoli”nin maraq dairəsinə düşüb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb. Nəşrin iddiasına görə, “Napoli” klubu 25 yaşlı uruqvaylı futbolçu ilə ilkin təmas qurub.

Məlumatda bildirilir ki, Nunez-in yay transfer pəncərəsində “Liverpool”dan ayrılacağına dair müəyyən zəmanətlər verilib və oyunçu həm Avropa klublarından, həm də Səudiyyə Ərəbistanından gələn təkliflərə açıqdır.

Qeyd edək ki, Darvin Nunezin “Liverpool” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Hücumçu cari mövsüm ərzində 47 oyunda iştirak etmiş, bu oyunlarda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalmışdır.

Göycə Göycəyev

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05