!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkotacir “bibi”yə hökm oxundu

!Reklam – Yazi

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz satışında təqsirləndirilən, “Bibi” ləqəbli narkotacir Sənubər Lütfəliyevaya hökm oxunub.

Yenicag.az xəbər verir ki, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə S.Lütfəliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, üzərində narkotik olan İmran İsgəndərov saxlanılıb. O, ifadəsində narkotiki “Kubinka”da yaşayan “Bibi”dən aldığını deyib. Növbəti əməliyyatda “Bibi” də saxlanılaraq həbs olunub. Onun isə narkotiki kimdən aldığı istintaqa bəlli olmayıb.

Məhkəmədə təqsirləndirilən S. Lütfəliyeva özünü təqsirli bildiyini deyib. Lakin “Bibi” ifadə verməkdən imtina edib.

Cinayət işi materialları arasında olan rəyə görə, “Bibi” özü də narkotik vasitələrdən istifadə edir və məcburi müalicə olunmalıdır.

www.yenicag.az

7607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv