Narkotikin qanuniləşməsinə səs veriblər

media-hightechnic-468x90

vashVaşinqton sakinləri dünən marixuananın istifadəsinin leqallaşdırılmasına səs veriblər.

Səsvermənin nəticələrinə əsasən, paytaxtın Kolumbiya dairəsində seçicilərin 64%-i kannabisin sərbəst istifadəsinin lehinə, cəmi 29%-i isə əleyhinə səs verib.

Qeyd edək ki, 2013-cü ildə ABŞ-ın iki ştatında – Vaşinqton və Kolorado ştatlarında marixuananın istifadəsi və satışına rəsmən icazə verilib.

Oreqon və Alyaska ştatlarında da anoloji səsvermələr keçirilir, lakin səsvermənin nəticələri hələ ki yekunlaşdırılmayıb. Dünən Sakit okendakı Quam mərcan adası sakinlərinin də tibbi məqsədlərlə marixuana istifadə etməsinə icazə verilib. Florida ştatında isə tibbi marixuananın istifadəsinin leqallaşdırılması yetərli səs toplaya bilməyib.

Xatırladaq ki, xeyli əvvəl 20 ştatda marixuananın istifadəsi üçün həbs cəzası ləğv edilmişdi, Kolorado və Vaşinqton ştatları isə kannabisi tam mənasıyla leqallaşdırıblar. Bəzi sosial tədqiqatların məlumatlarına görə, bu tədbir kokain və heroin kimi ağır narkotiklərin istifadəsini 3-4 dəfə azaldıb. Lakin ABŞ federal qanunvericiliyi əvvəlki kimi marixuananın istifadəsi və satışını qadağan edir.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600