NATO ilə münasibətlər korlandı, infrastruktur dağıldı: Böyük sülh sazişində kimin ŞƏRTLƏRİ KEÇƏCƏK?

media-hightechnic-468x90

“Tərəflərin heç biri müharibədə qalib gəlmədi”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Politoloq açıqlamasında ABŞ-İran müharibəsində qalibin müəyyənləşmədiyini qeyd edib:

“Atəşkəs barədə razılaşmadan sonra həm İran, həm də ABŞ müharibənin qalibi olduqlarını elan ediblər. Prezident Tramp bəyan etdi ki, ABŞ bu müharibədə qarşıya qoyduğu məqsədlərinə artıqlaması ilə nail olub. Savaşın qalibini müəyyənləşdirmək üçün hər iki tərəfin əldə etdiklərinə və itirdiklərinə diqqət yetirmək lazımdır. Ümumi götürsək, hər iki tərəfin elə də ciddi uğuru olmadı.

İlk növbədə, ABŞ bu müharibə ucbatından 50 milyard dollara yaxın maliyyə vəsaiti xərclədi, amma İranın nüvə proqramı ilə bağlı hər hansı nəticəyə nail ola bilmədi. Digər tərəfdən, ABŞ özünün ən yaxın müttəfiqlərini itirib, arsenalında olan silah-sursatın çoxunu istifadə edib və indi ehtiyat toplamaq üçün sıfırdan istehsala başlamalıdır. Bu da külli miqdarda maliyyə vəsaiti deməkdir. ABŞ daxilində Tramp administrasiyasına qarşı güclü etiraz dalğası baş qaldırıb, NATO ilə Amerikanın münasibətləri korlanıb. Ümumi baxsaq, əldə olunan ciddi uğur yoxdur”.

Politoloq bu müharibədə İranın itirdikləri və qazandıqlarına da toxunub:

“İrana gəldikdə isə, bu müharibə ucbatından İslam dünyasının bir çox dövlətlərinə raket zərbələri endirməklə münasibətləri korlayıb. İranın infrastrukturu ciddi zərbələrə məruz qalıb və onların bərpası onilliklər, eləcə də külli miqdarda vəsait tələb edir”.

E. Xalidbəyli müharibənin qalibinin yekun sülh sazişindən sonra bəlli olacağını vurğulayıb:

“Tam sadalasaq görərik ki, hər iki tərəf böyük itkilərə məruz qaldı, amma heç bir tərəf konkret üstünlük əldə etmədi. Hesab etmək olar ki, bu müharibənin nə qalibi var, nə də məğlubu. Qalibin kimliyini müəyyən etmək üçün yekun sülh sazişinin imzalanmasını gözləmək lazımdır. Sazişin maddələrində hansı tərəfin maraqları və şərtləri üstünlük təşkil edəcəksə, o tərəf də qalib hesab olunacaq.

Bu isə yaxın iki həftə ərzində bəlli olacaq. Əgər tərəflər iki həftə ərzində sülh sazişi imzalamağa nail olmasalar, böyük ehtimalla hərbi əməliyyatların yenidən bərpası ön plana keçə bilər”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05