NATO-nun MİSİLSİZ AKSİYASI: Kibertəhlükəsizlik üzrə analoqsuz təlim keçiriləcək

media-hightechnic-468x90

Şimali Atlantika alyansı bu ay kibertəhlükəsizlik üzrə geniştərkibli təlim təşkil edəcək.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, NATO-nun kibertəhlükəsizliyə həsr edilmiş “Locked Shields 2023” təlimi bu il 18-21 tarixlərində Estoniyanın paytaxtı Tallinndə baş tutacaq.

Məlumata görə, 3 min nəfərin qatılacağı təlimin iştirakçıları elektrik şəbəkələrinə hücum, şəbəkələrin müdafiə imkanlarını genişləndirmək, böhran vəziyyətlərində taktiki-strateji həllərin tapılması kimi kibertəhlükəsizliyə aid real məsələləri həll etməli olacaqlar.

NATO-nun kibertəhlükəsizlik sahəsində əməkdaşlıq mərkəzinin direktoru Mart Noorma planlaşdırılan təlimlərin mühüm əhəmiyyət daşıdığını deyib:

“Kibermüdafiə üzrə heç bir başqa təlim “Locked Shields 2023” qədər konkret və detallı təcrübə qazandırmır. Təlimlərə qatılacaq 24 komandanın üzvləri son dərəcə vacib strukturların fəaliyyətinin təmin edilməsinə yönəlik yeni təcrübə qazanacaqlar”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600