!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO-nun yeni baş katibi KİMDİR?

!Reklam – Yazi

Bu gün Yens Stoltenberqin NATO-nun baş katibi kimi səlahiyyət müddəti başa çatır. Onu Niderlandın keçmiş baş naziri Mark Rutte əvəzləyib.

Yenicag.az xəbər verir ki,  Alyansın Brüsseldəki mənzil-qərargahında yeni baş katibin səlahiyyətlərinin ötürülməsi və vəzifəsinin icrasına başlamasının rəsmi mərasimi keçiriləcək.

Yeni baş katib kimdir?

Mark Rutte (14 fevral 1967-ci ildə Haaqada anadan olub ) — holland siyasətçi və dövlət xadimi, 14 oktyabr 2010-cu ildən 2 iyul 2024-cü il tarixədək Hollandiyanın baş naziri, 2006-cı ildən isə sağçı liberal Azadlıq və Demokratiya Xalq Partiyasının lideridir. Rutte evli deyil və övladı yoxdur. O, 2024-cü ilin fevralında NATO-nun baş katibi vəzifəsinə namizəd olub.

Ondan başqa Kanadanın baş nazirinin müavini və maliyyə naziri Kristia Friland, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles, Estoniyanın baş naziri Kay Kallas, Slovakiya prezidenti Zuzana Çaputova və Xorvatiyanın eks-prezidenti Kolinda Qrabar-Kitaroviç də bu vəzifəyə namizədlər hesab ediliblər. Lakin son nəticədə NATO-ya üzv ölkələr Ruttenin baş katib olmasını tələb ediblər.

Bildiyiniz kimi, baş katibin üç əsas vəzifəsi var. Birincisi, o, NATO-nun əsas siyasi qərar qəbul edən orqanı olan Şimali Atlantika Şurasının, eləcə də digər əsas idarəetmə komitələrinin sədridir; ikincisi, baş katib Şimali Atlantika Alyansının fikirlərinin əsas sözçüsüdür, o, üzv dövlətlər adından açıq şəkildə çıxış edir və siyasi məsələlərdə onların ümumi mövqelərini ifadə edir; üçüncüsü, Beynəlxalq Katibliyə rəhbərlik edən təşkilatın baş icraçı direktorudur.

Qərarların qəbuluna kömək etmək üçün Baş Katib NATO ölkələrinin dövlət və hökumət başçıları, xarici işlər və müdafiə nazirləri və onların tərəfdaşları ilə birbaşa əlaqə saxlayır.

COP29

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv