!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO ölkələrindən “dron divarı”: Özlərini Putindən qorumaq istəyirlər

!Reklam – Yazi

 

NATO ölkələri Norveçdən Polşaya qədər “dron divarı” ilə özlərini Putindən qorumaq istəyirlər.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Der Spiegel” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Rusiya ilə həmsərhəd altı NATO üzvü olan ölkə “təxribatlardan” qorunmaq üçün “dron divarı” yaratmaq istəyir.

“Litvanın daxili işlər naziri Aqne Bilotayte deyib ki, Norveçdən Polşaya divarın yaradılmasında məqsəd sərhədlərimizi qorumaq üçün dronlardan və digər texnologiyalardan istifadə etməkdir. Əvvəlcə o, Estoniya, Latviya, Finlandiya, Norveç və Polşadan olan həmkarları ilə danışıqlar aparıb”, nəşr yazır.

Bilotayteyə görə, layihə “dost olmayan ölkələrin təxribatlarının” qarşısını almaq üçün nəzərdə tutulub və eyni zamanda, qaçaqmalçılıqla mübarizəyə xidmət edir. Sərhədlərin mühafizəsi üçün PUA-larla yanaşı, dron əleyhinə sistemlər də yerləşdiriləcək.

Nəşrin məlumatına görə, Litvanın daxili işlər naziri “tamamilə yeni sistem”dən danışır. O, layihənin həyata keçirilməsi üçün vaxt çərçivəsi verməyib.

Rafi Müslümov

COP29

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv