Naxçıvan-Bakı reysində nasazlıq - Sərnişinlər havasız qaldı - FOTO

media-hightechnic-468x90

Naxçıvan-Bakı reysində nasazlıq yaranıb.

Yenicag.az xəbər verir ki, təyyarədəki nasazlıq oksigen maskalarının açılmasına səbəb olub.

Havasızlıqdan sərnişinlərin halı pisləşib.

Təyyarədən olan sərnişinlər ventilyasiya və kondisioner sisteminin sıradan çıxdığını qeyd edib.

“Bütün uçuş boyu maskalardan istifadə etdik. Salon çox isti idi. Hami tər-suyun içində idi. Ventilyasiya və kondisioner sistemi sıradan çıxmışdı. Dəhşətli vəziyyət idi”, – deyə sərnişin bildirib.

Qeyd edək ki, son vaxtlar təyyarələrdə texniki nasazlıq, gecikmə, havalandırma sistemlərinin işləməməsi kimi halların sayı çoxalıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600