Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Naxçıvana da ilk qar yağdı - FOTO

Oktyabrın 26-dan 27-nə keçən gecə Naxçıvan ərazisinə bu mövsümün ilk qarı yağıb.

Yenicag.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, bu hal muxtar respublikanın mövsümi iqlim şəraitinə uyğundur və normal hal sayılır. Bu payız müşahidə olunan ilk qar 2000 metr hündürlükdən yuxarı olan dağlıq ərazilərə yağıb.

Dəniz səviyyəsindən 2000 metr hündürlükdə olan ərazilərdə qar örtüyünün qalınlığı 5 sm, 3000 metr yüksəkliklərdə isə 20 sm olub. 2000 metrdən aşağı olan dağlıq ərazilərə isə sulu qar yağıb.

Qar əsasən Ordubad, Culfa və Şahbuz rayonlarının dağlarında qeydə alınıb./Qafqazinfo/

Loading...

www.yenicag.az

1330
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100