Ordubad rayon ərazisində yeməkxanalardan birində ictimai qaydanı pozan vətəndaş barədə polisə məlumat daxil olub.
Yenicag.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları dərhal hadisə yerində olub, ictimai asayişi pozan Ordubad rayon sakini Samir Qurbanov saxlanılıb, onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Ordubad Rayon Məhkəməsinin qərarı ilə Samir Qurbanovun barəsində 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.
www.yenicag.az