Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Naxçıvanda Aqrar Sığorta Fondu yaradıldı - FƏRMAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 8-də Aqrar Sığorta Fondunun yaradılması barədə Fərman imzalayıb.

Yenicag.az xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında aqrar sığorta sisteminin təşkili və inkişafını təmin etmək məqsədilə “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra – Fond) yaradılıb.

Sənədə görə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Fondun nizamnaməsini təsdiq etmək, Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etmək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasnının Maliyyə Nazirliyi aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etməlidir.

www.yenicag.az

396
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100