Naxçıvanda duz istehsalı bərpa olundu
Naxçıvanda daş duzun çıxarılması, emalı və qablaşdırılması istiqamətində fəaliyyət bərpa olunub
“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətindən Yenicag.az-a verilən məlumata görə, Duzdağ massivində yerləşən 5 nömrəli duz mədənində texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri bərpa və gücləndirmə işləri həyata keçirilib.
Beləliklə, müəssisədə daş duzun çıxarılması, emalı və qablaşdırılması istiqamətində fəaliyyət bərpa olunub./Report/













