Naxçıvanda dəm qazından ölənlərin sayı artdı - YENİLƏNDİ

media-hightechnic-468x90

Naxçıvanda baş verən dəm qazı sızması nəticəsində zəhərlənən azyaşlılar Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası publik hüquqi şəxsə köçürülüb.

media-banner_tuq

Yenicag.az “Report”a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov xəstəxanada dünyasını dəyişib.

Digər azyaşlıların müalicəsi davam etdirilir. Onların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.

***13:02

Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.

Belə ki, Ordubad rayonu Aşağı Əylis kənd sakini 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu dəm qazından boğularaq həyatını itirib.

Onun övladları – 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov dəm qazından zəhərləniblər.

Onlar Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05