Naxçıvanda məktəb direktorlarının işə qəbulu müsabiqəsi keçiriləcək

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikasında direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin ya bu ilin sonu, ya da gələn ilin əvvəlində keçirilməsi nəzərdə tutulur.

Yenicag.az Report-a istinadən  xəbər verir ki, bunu Naxçıvan MR-in təhsil naziri vəzifəsini icra edən nazir müavini Elxan Nəcəfov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, texniki məsələlər həll olsa müsabiqə bu ay, ən geci isə 2024-cü il yanvar ayında keçiriləcək: “Uğur qazanan namizədlər vakant yerlərə təyinat alacaq, eləcə də iki il ehtiyyat kadr bankında qalma imkanı qazanacaqlar”.

E.Nəcəfov vurğulayıb ki, yaxın müddətdə direktor hazırlığı prosesinə başlanılacaq: “Gələcəkdə təhsilverənləri təlim prosesinə cəlb etməklə daha peşəkar, bacarıqlı direktorları müəyyənləşdirməyə nail olacağıq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600