Naxçıvanda yol qəzası: Ölən var

media-hightechnic-468x90

Naxçıvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Report-a istinadla xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində qeydə alınıb. 67 BG 464 dövlət nömrə nişanlı “Daimler Chrysler” markalı avtomobil Koroğlu dairəsində piyada keçidindən istifadə edən Babək rayon, Şəkərabad kənd sakini, 1955-ci il təvəllüdlü Hüseyn Yaqub oğlu Səfərovu vurub. Müxtəlif bədən xəsarətləri alan zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən, Babək rayon Zeynəddin kənd sakini, 1973-cü il təvəllüdlü Amil Məcnun oğlu Nəbiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600