Nazarbayevin qızı bu vəzifədən də kənarlaşdırıldı

media-hightechnic-468x90

Qazaxıstan Parlamentinin deputatı Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilib.

Yenicag.az bu barədə “TASS”a istinadən xəbər verir.

Məlumata görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bu barədə qərar qəbul edilib.

Qeyd edək ki, 56 yaşlı D. Nazarbayeva Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızıdır. O, 2016-cı ildən bu vəzifəni icra edirdi.

Xatırladaq ki, mayın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə senatının spikeri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa