Nazir mikrofonla lampanı səhv saldı-Video

media-hightechnic-468x90

938277084gfhfhPolşanın müdafiə naziri Tomaş Semonyak illik hesabatı zamanı mikrofonla masaüstü lampanı səhv salıb.
Yenicag.az xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Sosial şəbəkədə yayılan videoda görsənir ki, nazir çıxış etmək üçün tribunaya yaxınlaşaraq sənədlərin mətnini işıqlandırmaq üçün nəzərdə tutulan işıq lampasını sifətinə tərəf yönəldib və danışmağa başlayıb. Ancaq gur işıq onun çıxış etməsinə maneçilik törətməyib. Və o, hesabatını sonadək oxuyub.

Qeyd edək ki, Tomaş Semonyak Polşa Nazirlər Kabinetinin sədri Eva Kopaç tərəfindən bu vəzifəyə ötən il sentyabr ayının 22-də təyin edilib.

Ona, həmçinin Baş nazirin müavini vəzifəsi də həvalə edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600