!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazir müavininin rəqsinə telejurnalistdən REAKSİYA: “Dəm-dəməki həyatlarının…” - VİDEO 

!Reklam – Yazi

“Gəlsin işləsin, korrupsiyaya bulaşmayacaqsa, rüşvətə yoluxmayacaqsa, haqlının yanında olmağı bacaracaqsa, gənclərlə düzgün siyasət yürüdə biləcəksə, onda əxlaqına qiymət verərik. İndi yalnız rəqsinə qiymət aldı”.

Bunu gənclər və idman nazirinin müavini Marina Vasilevanın sosial şəbəkələrdə əyləncə mərkəzlərindən birində çəkilən erotik rəqsinə münasibət bildirən telejurnalist Rövşanə Ağasəfqızı Yenicag.az-a açıqlamasında deyib.

Rövşanə özəl həyata qarışmağın əleyhinə olduğunu bildirib:

“Təbii ki, adam hərəkətkərini, addımını tənzimləməyi bacarmalıdır. Azadlıq özbaşınalıq deyil. Amma hər kəsin bir özəli, şəxsisi var. Məmur olmaq zombi olmaq, robot olmaq, qəfəsdə yaşamaq demək deyil. Anlaşılandır ki, artıq dövlət məmurusansa oturuşuna, duruşuna, sözünə, söhbətinə bir sərhəd qoymalısan. Çünki bir şəxs məmur adını daşıyırsa olmazları artır. Amma bütün hallarda özəl və şəxsi həyata müdaxilənin, özəli rəsmi iş həyatına qarışdırmağın əleyhinəyəm. Hərənin bir davranış mədəniyyəti var və o davranış mədəniyyəti insan haqqında ilk təəssürat yaradır. Xanım müavinin rəqsi birmənalı qarşılanmadı və cəmiyyətimizdə ilk təəssürat fərqli oldu. Adam işdə yox, əyləncə mərkəzində rəqs edir. Görünən budur ki, özəl dost məclisidir. İndi baxın, ağsaqqal, ağbircək adı ilə bizə sırınan kəslərin, qalstuklu, papaqlı əmilərin, saatlarla əxlaqi dəyərlərdən dəm vuranların dəm-dəməki həyatlarının şahidi heç olmadıqmı? Gəlsin işləsin, korrupsiyaya bulaşmayacaqsa, rüşvətə yoluxmayacaqsa, haqlının yanında olmağı bacaracaqsa, gənclərlə düzgün siyasət yürüdə biləcəksə, onda əxlaqına qiymət verərik. İndi yalnız rəqsinə qiymət aldı”.

Qeyd edək ki, yeni nazir müavini M.Vasileva əslən Bolqarıstandandır. O, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür.

Cəvahir

www.yenicag.az

1599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv