Nazir rəsmi mərasimdə yatdığı üçün güllələndi
Beynəlxalq KİV-lər Şimali Koreyada daha bir dəhşətli edam haqda xəbər yayıblar.
Yenicag.az xəbər verir ki, dünyanın ən qəddar diktaturasının hökm sürdüyü bu ölkədə müdafiə naziri Xyon Yon Çxol güllələnib. Cənubi Koreya kəşfiyyatındakı mənbələrin bildirdiyinə görə onun günahı diktator Kim Çen Inın iştirak etdiyi rəsmi mərasimdə yuxulaması olub.
Edam aprelin 30-da həyata keçirilib. Cənubi Koreya mənbələri müdafiə nazirinin zenit pulemyotu ilə güllələndiyini xəbər verir. Onun qətli yüzlərlə məmurun gözləri qarşısında həyata keçirilib. Şimali Koreya müdafiə nazirinin güllələnməsi haqda Seulda, parlament dinləmələri zamanı Cənubi Koreyanın Milli Kəşfiyyat Agentliyinin direktor müavini məlumat verib.
“Röyter” isə xəbər verir ki, 66 yaşlı müdafiə naziri postundan uzaqlaşdırılıb və dövlətə xəyanət ittihamı ilə üzləşib. Bunun səbəbu nazirin ölkə rəhbərliyinə hörmətsizlik nümayiş etdirərək hərbi mərasimlərdən birində mürgüləməsidir. Aprel ayında, edamından bir neçə gün əvvəl Çxol Moskvada keçirilən təhlükəsizlik konfransında işştirak edib və məruzə ilə çıxış edib. O, 2014-cü ilin iyun ayında müdafiə naziri təmin olunmuşdu. Çxoldan əvvəlki müdafiə naziri Çan Çon Hamın taleyi də məlum deyil. Onun da edam edildiyi təxmin edilir.
Virtualaz.org