Nazir: "Son 6 ildə gündəlik 200 yeni iş yeri yaradılıb"

media-hightechnic-468x90

1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək, qeyri-neft-qaz özəl sektorda, gündəlik orta hesabla 200-ə yaxın yeni iş yerinin yaradılması qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

“Razılaşaq ki, hər təqvim günü 200 iş yerinin yaranması ölkəmiz üçün çox böyük iqtisadi nəticədir. Əmək haqqı islahatı əmək bazarında böyük şəffaflaşma effekti yaradıb. Belə ki, qeyri-neft-qaz özəl sektorda 8 000 manata qədər əmək haqlarından gəlir vergisindən azad olunması nəticəsində, 1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək, qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 481 min artaraq 1 milyonu ötüb, sektorun cəmi əmək müqavilələrində payı 38 %-dən 54 %-ə yüksəlib”, – deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ​Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən ayırmaların payı 2018-ci ildəki 35,6 %-dən, 2024-cü ildə 17,5 %-ə düşüb: “1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2025-ci il tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı iki dəfə artaraq 845 mini ötüb. ​Strateji valyuta ehtiyatları 1 yanvar 2019-cu il tarixinə 44,7 milyard ABŞ dolları olduğu halda, 1 noyabr 2025-ci il tarixinə bu 1,8 dəfə çox – 82,5 milyard ABŞ dolları olub. Bu da 2025-ci ilə gözlənilən ümumdaxili məhsulun həcmini üstələyir.

​2019-2024-cü illərdə ölkədə qeyri-neft-qaz sənaye istehsalı 1,9 dəfə böyüyüb. İri dövlət şirkətlərinin əksəriyyətinin idarə edilməsində səmərəliliyin artırılması və korporativ idarəetmə prinsiplərinin tətbiqi təmin edilmiş, Azərbaycan İnvestisiya Holdinqi, eləcə də Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb. Bu iki struktura daxil olan əksər dövlət şirkətlərinin rentabelliyi və iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, dövlət büdcəsindən asılılıq isə azalıb”./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa