Nazir Türkiyəyə gedir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 25-də Türkiyəyə rəsmi səfərə yollanacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bildirib. O bildirib ki, səfər çərçivəsində Rusiya XİN başçısı türkiyəli həmkarı ilə görüşəcək: “Görüşlər çərçivəsində iki dövlət arasındakı münasibətlər, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasına hazırlıq məsələləri və Suriyadakı vəziyyət müzakirə olunacaq”.
M. Zaxarova S. Lavrovun Türkiyə səfəri çərçivəsində keçirəcəyi görüşlərdə Cənubi Qafqazdakı vəziyyətin də müzakirə olunacağını söyləyib.