!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazirdən Fəxrəddin Manafovla bağlı XÜSUSİ GÖSTƏRİŞ

!Reklam – Yazi

Mədəniyyət Nazirliyi xalq artisti Fəxrəddin Manafovla bağlı Rus Dram Teatrına göstəriş verib.

Bu barədə Yenicag.az-a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib.

Şöbə müdirinin sözlərinə görə, məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir:

“Fəxrəddin Manafov böyük sənətkardır. Onun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onu narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq verilib. Hazırda teatrın rəhbərliyi bununla bağlı müvafiq iş aparır”.

İ.Hümbətov qeyd edib ki, Fəxrəddin Manafov teatr səhnəsində yeni-yeni yaradıcılıq layihələrilə tamaşaçıları sevindirəcək.

Cəvahir

www.yenicag.az

6943
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv