!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirdən Kılıçdaroğluna ağır ittiham: “CHP PKK-ya can suyu verir”

!Reklam – Yazi

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkə Jandarm Qüvvələrinin komandanı, ordu generalı Yaşar Güler və Polis rəisi Selami Altınokla birlikdə Elazığ səfərindən sonra Tunceliyə gedib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, şəhid polkovnik Yavuz Sonatın adını daşıyan köşkdə Elazığ valisi Osman Kaymak və vilayətin rəhbər şəxsləri ilə görüşən daxili işlər naziri Süleyman ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) ünvanına kəskin ifadələr işlədib.

Ölkədə terrora qarşı mübarizədən danışan Soylu Türkiyənin bu məsələdə heç vaxt olmadığı qədər qətiyyət göstərdiyini bildirib.

Türkiyənin ilk dəfə olaraq terror və onun bütün elementləri ilə eyni zamanda mübarizə apardığını vurğulayan nazir ölkədə hər kəsin, hər partiyanın, hər dərnəyin terrora qarşı qəti mövqe tutmalı olduğunu deyib.
CHP lideri Kamal Kılıçdaroğlunun ünvanına sərt ifadələr işlədən Soylu CHP-nin terrorçu PKK-nin işinə yarayan mövqe nümayiş etdirdiyini söyləyib:

“Ana müxalifət partiyası, yenə aldanırsınız. Buradan sizə səslənirəm. Türkiyədə siyasi qarışıqlıq yaratmaqla məhv edilməkdə olan terror təşkilatına can suyu vermək “qabiliyyət”inizi göstərirsiniz. Adam sevdiyi ilə birlikdə olur – bu, dəqiqdir. Sevdikləriniz və bu anda bərabər olduqlarınız ölkədə minlərlə cana, ölkənin birliyinə qəsd edənlərdir”.

Yeniçağ.Az

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv