Nazirin ailəsində Paşinyan SAVAŞI: Dayı hökuməti söyür, ana isə...
Ermənistanda Baş nazir Nikol Paşinyanın hakimiyyəti dövründə cəmiyyətin dərin parçalanması ailədaxili münasibətlərə də sirayət edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Yerli mediada yayılan məlumatlara görə, iqtisadiyyat naziri Gevorq Papoyanın yaxın qohumları arasında da siyasi qarşıdurma yaşanır.
Nazirin dayısı, müxalif mövqeyi ilə tanınan və Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın tərəfdarı olan Ararat Morikyan sosial şəbəkələrdə mütəmadi olaraq Paşinyan iqtidarını, eləcə də öz bacısı oğlu Papoyanı tənqid edir.
Məlumata əsasən, Morikyanın kəskin paylaşımları artıq hakimiyyət daxilində də müzakirə olunur. Bu isə Papoyanın ailəsində narazılığa səbəb olub. İddialara görə, nazirin anası oğluna qarşı sərt ifadələr işlətməməsi üçün Morikyandan xahiş edib.
Morikyanın son paylaşımlarından birində o, Baş nazir Paşinyanı Levon Ter-Petrosyanı təhqir etdiyinə görə ağır ifadələrlə tənqid edib. Eyni zamanda bir müddət əvvəl Papoyanın keçmişi ilə bağlı yazdığı ittiham dolu statusları da səhifəsindən sildiyi müşahidə olunub.
Rafi Müslümov