Nazirin bivec SEVİNCİ - Etibar Əliyevdən Emin Əmrullayevə SƏRT SÖZLƏR
Azərbaycanın 6 Universitetinin “QS 2026: dünya universitetləri”nin reytinqində TOP 1000-ə daxil olmaları Emin Əmrullayevi də sevindirib. Görəsən Əmrullayev öz özünə sual verirmi ki, bu işdə onun əməyi nədən ibarətdir? Gəldiyim qənaət budur ki, nazir Universitetlərin inkişafına yalnız əngəllər törədib.
Məsələn: E. Əmrullayev BDU-nun Himayəçilər Şurasının sədridir. Universitetdə təhsilin və elmin inkişafı naminə onun bir cümləsini eşidən olubmu?
Universitetlər tələbə sayından asılı olaraq hər il Elm və təhsil nazirliyinin Təhsilin İnkişafı Fonduna 800. 000 manatdan 1, 2 milyon manata qədər pul köçürür. Bu vəsaiti universitetlər özlərinin maddi-texniki bazasının yaxşılaşdırılması və tədqiqatlara xərcləyə bilməzdlərmi? Ali məktəblərdən qoparılan milyonlar nazirlik əməkdaşlarının sosial müdafisinin yaxşılaşdırılmasına, mənasız qrantlara və tədbirlərə xərclənir.
Ali məktəblərə dərsliklərin yazılması və tərcüməsi üçün vəsait ayrılmır. Nəticədə yeni nəsil dərsliklərin tədrisdə və elmi tədqiqatlarda istifadəsi qənaətbəxş deyil.
Elm və təhsil nazirliyinin Kollegiya iclaslarında bir dəfə də olsun Ali məktəblərdə təhsilin və elmin vəziyyəti müzakirə olunmayıb. Elm və təhsil nazirliyi ölkədə bəlkə də yeganə nazirlikdir ki, kollegiya iclası keçirmir.
Elm və təhsil naziri region Ali məktəblərinin inkişafında maraqlı deyil. Məndə olan məlumata görə region Ali məktəblərinin rektorları nazirin qəbuluna belə düşə bilmirlər.
Elm və təhsil nazirliyi Ali məktəblərdə Distant təhsilin inkişafına heç bir töhfə verməyib.
Elm və təhsil nazirliyində Ali təhsili bilən bir mütəxəssis belə yoxdur.
İndi gəlin kifayət qədər muxtariyyat verilmiş Türk dünyasının universitetlərinin QS 2026 Qlobal Reytinqində yerlərinə diqqət edək:
Al-Farabi Qazax Milli Universiteti – 166
Orta Doğu Texniki Universiteti – 269
İstanbul Texniki Universiteti – 298
Gumilyov Avrasiya Milli Universiteti – 317
Koç Universiteti – 323
Satbayev Universiteti – 331
Boğaziçi Universiteti – 371
Sabancı Universiteti – 404
Bilkent Universiteti – 415
Daşkənd İrriqasiya və Aqrar Mexanikləşdirmə Mühəndisləri İnstitutu – Milli Tədqiqat Universiteti – 469
Azərbaycanın Universitetlərinin “QS 2026: dünya universitetlərinin reytinqi”ndə yerləri:
Bakı Dövlət Universiteti 688-ci yer.
Azərbaycan Dövlət İqtisad Universiteti UNEC (801–850) yer.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (851–900) yer.
Azərbaycan Texniki Universiteti (851–900) yer.
Bakı Mühəndislik Universiteti (901–950) yer.
Xəzər Universiteti / Khazar University (951–1000) yer.
Eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universiteti – AzMİU (1001–1200), Sumqayıt Dövlət Universiteti (1001–1200) və ADA University (1201–1400) də “QS 2026” reytinqinə ilk dəfə daxil olan universitetlər sırasındadır.