Moskva və Tehran arasındakı SOYUQ YELLƏR – Kremlin uzaq durmasının SƏBƏBİ NƏDİR?

media-hightechnic-468x90

“Rusiya hazırda özü də yaxşı bilir ki, Ukrayna ilə savaşdadır və xüsusilə də dronlara və ballistik raket sistemlərinə ciddi ehtiyac duyur. Eyni zamanda artilleriya qurğuları və mərmilərinə də böyük tələbat var.”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

media-oktayqasimov

Analitik ABŞ-nin İranla müharibədə İsrailə açıq dəstək verməsi fonunda Rusiyanın İrana dəstək verməkdən imtina etməsinin siyasi səbəblərini izah edib.

O. Qasımovun fikrincə, Rusiya bu ehtiyaclarını əsasən iki ölkədən – İrandan və Şimali Koreyadan təmin edir:

“Rusiya İrandan, əsasən, dronlar və ballistik raket sistemləri alır. Şimali Koreyadan isə həm raket sistemləri, həm də artilleriya qurğuları və mərmiləri tədarük edib. Yəni Rusiya hazırda mövcud hərbi arsenalını, ehtiyatlarını tam şəkildə Ukrayna cəbhəsinə yönəldib. Onun özündə də müəyyən çatışmazlıqlar var, yəni Rusiyanın resursları da sonsuz deyil. Bu baxımdan, hesab edirəm ki, Rusiya İrana yalnız siyasi və diplomatik dəstək verə bilər. Hərbi baxımdan isə onun Tehrana ciddi yardım etməsi real görünmür”.

Onun sözlərinə görə, digər tərəfdən, Vladimir Putinin verdiyi açıqlamaya görə, Rusiya vaxtilə İrana hava hücumundan müdafiə sistemlərinin quraşdırılması ilə bağlı yardım təklif edib, lakin İran bu təklifi qəbul etməyib:

“Böyük ehtimalla, bu, İranın hərbi sirlərini heç kəslə, o cümlədən strateji tərəfdaş saydığı Rusiya ilə belə, paylaşmaq istəməməsindən qaynaqlanır. Hər bir halda düşünürəm ki, Rusiyanın İrana verə biləcəyi dəstək diplomatik və siyasi müstəvini aşmayacaq”.

“O ki qaldı ABŞ-ın İsrailə dəstəyinə – nəzərə almaq lazımdır ki, İsrail Yaxın və Orta Şərqdə Amerikanın bir nömrəli müttəfiqidir, onun ən yaxın tərəfdaşıdır. Eyni zamanda İsrailin təhlükəsizliyi məsələsi ABŞ-ın milli təhlükəsizlik siyasətində prioritet istiqamətlərdən biridir. Bu faktları nəzərə alsaq, Rusiya–İran münasibətlərini ABŞ–İsrail münasibətləri ilə eyniləşdirmək və ya bir-biri ilə müqayisə etmək düzgün olmaz. Çünki burada geosiyasi çəkilər və qarşılıqlı öhdəliklər tamamilə fərqlidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600