Sülhə gedən yol Ankaradan keçə bilərmi? – İrəvan üçün BÖYÜK SEÇİM

media-hightechnic-468x90

“Bölgədəki hadisələr Türkiyəni də, Azərbaycanı da təhdid edir”.

Bu sözləri Paşinyanın Türkiyə səfəri, bu səfərin sülh müqaviləsi yönündə atıla biləcək addımları Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

media-qabil-huseynli-2_-8
Qabil Hüseynli

O, bildirib ki, bölgədə hadisələr öz məcrasından çıxır:

“Paşinyanın Türkiyəyə səfəri bölgənin problemləri ilə bağlı ola bilər. Bölgədə hadisələr öz məcrasından çıxır. Azərbaycan prezidentinin də Türkiyəyə səfəri önəmli idi. Bu nöqteyi-nəzərdən Şuşa bəyannaməsinin necə işlədilməsi mexanizmi vacibdir, çünki bölgədəki hadisələr Türkiyəni də, Azərbaycanı da təhdid edir. Belə bir şəraitdə dövlətlərin vahid ordu ideyası atılıb”.

“Paşinyanın səfəri və Türkiyənin prosesə aktiv qoşulması sülh müqaviləsi ilə bağlı müsbət addım ola bilər. Türkiyə ilə ayrı-ayrı vaxtlarda sərhəd keçid məntəqəsinin açılması, imkan olarsa hətta diplomatik münasibətlərin yüksək səviyyəyə gətirilməsini ortaya atır. Türkiyə tərəfinin addımları onu göstərir ki, sülh müqaviləsi tezləşə bilər”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600