Ermənistan üçtərəfli təzyiq ALTINDA: Seçkilər, kilsə və İran-İsrail DİLEMMASI
“Hazırda Ermənistanın sülh sazişindən başqa iki əsas narahatlığı var”.
Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş söyləyib.
O, Ermənistanda davam prosesləri, erməni əsilli iş adamı Samvel Karapetyanın İrəvanda həbsindən sonra Paşinyan hakimiyyətinin apardığı siyasəti, habelə kilsə və hökumət arasındakı mövcud durum, eləcə də İran-İsrail müharibəsinin İrəvana təsirini analiz edib.
Prosesləri şərh edən analitik sözügedən məsələ ilə bağlı deyib:
“Birincisi, gələn il keçiriləcək seçkilərlə bağlıdır. Müxtəlif siyasi qüvvələr ictimai rəğbəti qazanmaq üçün yarışa giriblər və bu proses tam şəkildə göz önündə baş verir. Bu qüvvələri bəzi fərdlər təmsil edir. Digər məsələ isə İsrailin İrana qarşı apardığı müharibədir. Ermənistan bu müharibədən narahatdır, çünki İran dövləti çöksə və Suriyada olduğu kimi bir vəziyyət yaransa, bu, son dərəcə mənfi nəticələrə gətirib çıxara bilər. Ermənistan mediasında bu münaqişənin nəticələrinin Ermənistan və Azərbaycan üçün hansı üstünlüklər və mənfi cəhətlər daşıya biləcəyi ilə bağlı təhlillər aparılır. Bu münaqişə regionda əlavə bir qeyri-müəyyənlik amili yaradıb ki, bu da bölgənin onsuz da mürəkkəb olan vəziyyətinə əlavə yük gətirir”.
Rafi Müslümov