UFC turniri ilə əlaqədar ekspress avtobuslar fəaliyyət göstərəcək
Bu gün Bakıda keçiriləcək UFC turniri ilə əlaqədar Bakı Kristal Zalından “İçərişəhər” metro stansiyasına qədər ekspress avtobuslar fəaliyyət göstərəcək.
Bu barədə Yenicag.az-a Bakı Şəhər Halqasında məlumat verilib.
Bildirilib ki, saat 22:00-dan 01:30-a qədər Bakı Kristal Zalın yaxınlığında yerləşən xüsusi dayanacaqdan “İçərişəhər” metro stansiyasına doğru ekspress avtobusların hər 10 dəqiqədən bir hərəkət etməsi nəzərdə tutulub. Gedişhaqqı ödənişsiz olacaq.
Bundan əlavə, Bakı Metropoliteninin iş rejimi 22 iyun saat 02:00-a qədər uzadılacaq. Saat 00:00-dan etibarən metroya giriş yalnız “İçərişəhər” stansiyasından mümkün olacaq.