Nazirlər Kabinetindən inflyasiya hesabatı: Qida məhsulları 6.4 faiz bahalaşıb

media-hightechnic-468x90

Ötən il Azərbaycanda orta illik inflyasiya 5.6 faiz təşkil edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu göstərici Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında hesabatında əksini tapıb. Rəsmi sənəddə qeyd olunub ki, 2025-ci ildə orta illik baza inflyasiyası 4.7 faiz olub.

Hesabat dövründə cəmi məhsul və xidmətlər üzrə illik inflyasiya 5.2 faiz səviyyəsində qərarlaşıb. Qiymət artımı müxtəlif sektorlar üzrə fərqli dinamika nümayiş etdirib. Belə ki, ötən ildə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.4 faiz, ödənişli xidmətlər üzrə 5.7 faiz, qeyri-qida məhsulları üzrə isə 2.5 faiz bahalaşma qeydə alınıb.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05