!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazirlər Kabinetinin keçmiş əməkdaşı vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix elmləri namizədi İlham Mazanlı vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə İ.Mazanlının yaxınları məlumat yayıb.

Qeyd edək ki, İ.Mazanlı 1956-cı il fevral ayının 11-də Qərbi Azərbaycanda – Göyçə mahalının Cil kəndində anadan olub.

1995-cı ildə (mart-noyabr) Gənclər və İdman Nazirliyi Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib.

1996-2001-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti strukturuda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası İşçi qrupu rəhbərinin müavini, Qaçqınlarla və məcburi köçkünlərlə iş şöbəsi müdirinin müavini – Beynəlxalq humantar təşkilatlarla iş bölməsinin müdiri vəzifələrində çalışıb.

Bu illər ərzində Şərqi Avropada və postsovet məkanında yerini dəyişmiş əhalinin sosial və hüquqi problemlərinin həlli üzrə Cenevrə Prosesinin üzvü olmuş, hər il onun illik konfranslarında və Avropa İttifaqı ilə Azərbaycan Respublikası İqtisadi Əlaqələr Komissiyasının qaçqınların və məcburi köçkünlərin problemləri ilə bağlı müzakirələrində iştirak edib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1 iyul 1998-ci il tarixli Sərəncamı ilə Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilib.

2001-2011-cı illərdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi Miqrasiya İformasiya Mərkəzinin direktoru vəzifəsində işləyib.

2003-cü ildən Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika kafedrasının dosentidir. “Jurnalistika və müasir dövrün qlobal problemləri”, “Xarici ölkələrin müasir KİV sistemləri”, “Beynəlxalq həyat məsələlərinin KİV-də işıqlandırılması” və s. predmetlərdən mühazirələr oxuyub. Jurnalistikanın aktual problemlərinə aid 300-ədək elmi-nəzəri məqalənin və 5 kitabın müəllifidir.

www.yenicag.az

266
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100