Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazirlik məmuru cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nərimanov rayonu, Araz küçəsi 3 ünvanında fəaliyyət göstərən müəssisə tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olmuş şikayət nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb.

Bu barədə Yenicag.az-a ETSN-nin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı havaya tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Buz Metal” MMC tərəfindən atıldığı müəyyən edilib. Atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının artıq olduğu məlum olub.

Faktla bağlı MMC-nin direktoru Məmməd Ələkbərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub. Qanun pozuntusunun aradan qaldırılması üçün MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Loading...

www.yenicag.az

1506
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100