Nazirlikdə yeni təyinatlar – Yenicag.Az

Reklam

Reklam

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, İsmayıl Hüseynov nazirliyin İncəsənət şöbəsinin müdiri təyin edilib.

Nazirlikdə Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə Cahangir Məmmədov təyin olunub.

Yeni yaradılan Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsi isə Yusif Səfərova həvalə olunub.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkədə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1552
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."