Nazpəridən illər sonra ETİRAF: “Onu bağışladım və...”

media-hightechnic-468x90

Xalq artisti Nazpəri Dostəliyeva illər öncə küsülü olduğu və uzun zaman qalmaqal yaşadığı mərhum xalq artisti Ilhamə Quliyeva ilə bağlı etiraf edib.

Yenicag.az xəbər verir ki, sənətçi efirdə açıqlamasında “Bağışlamadığım insan yoxdur. Əlbəttə, bağışlamışam. Hətta illər əvvəl mənimlə ciddi konfliktə girən sənət adamlarını da bağışlamışam”, – deyərək İlhamə Quliyevanın ruhuna “Yasin” oxutduğunu da etiraf edib:

“Sevinirəm ki, aciz olmadım. Söhbət dünyadan köçəndən gedir. Onu bağışladım və özüm onun üçün “Yasin” də oxudum. Allah qəbul etsin. Çünki yuxuma girdi, halallıq istədi. Amma ondan əvvəl artıq onu bağışlamışdım. Böyük Allah bağışlayandır, biz isə onun bəndələriyik”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600