NBA-də çempionluq üçün son OYUNLAR – Qalib kim OLACAQ?

media-hightechnic-468x90

Amerika Basketbol Liqasının (NBA) final mərhələsində “Oklahoma City Thunder” komandası seriyanın beşinci oyununda “Indiana Pacers” üzərində 120:109 hesablı qələbə qazanaraq seriyada 3:2 hesabı ilə üstünlüyü ələ alıb.

Yenicag.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, “Paycom Center”də keçirilən görüşdə Jalen Uilyams 40 xal, 6 ribaund və 4 asistlə komandasının lideri olub. Şay Jiljes-Aleksandr isə 31 xal və 10 asistlə “double-double” edib. Aaron Uiggins 14, Çet Holmqren isə 9 xal və 11 ribaundla fərqlənib.

“Indiana Pacers”da Paskal Siakam 28, TJ Mekkonnell 18, Aaron Nesmit isə 14 xalla yadda qalıb. Lakin bu göstəricilər qonaqlara qələbə üçün kifayət etməyib.

Qeyd edək ki, dörd qələbəyə çatan komanda NBA çempionu olacaq. Seriyanın altıncı oyunu 20 iyun tarixində, Bakı vaxtı ilə saat 04:30-da, “Indiana Pacers”in ev sahibi olduğu “Gainbridge Fieldhouse” arenada baş tutacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600