NBA finalları 7-ci oyuna UZANIR – “Pacers” tarazlığı BƏRPA ETDİ

media-hightechnic-468x90

NBA 2024 final seriyası həlledici qarşılaşmaya gedir.

Yenicag.az xəbər verir ki, Şimali Amerika Basketbol Assosiasiyasının (NBA) final mərhələsində baş tutan altıncı oyun gərgin və həyəcanlı anlarla yadda qalıb. “Indiana Pacers” doğma meydanda “Oklahoma City Thunder” üzərində 108:91 hesablı qələbə qazanaraq seriyada tarazlığı bərpa edib – 3:3.

Seriyada 3-2 hesabı ilə geri olan “Pacers” zədəli ulduzu Tayris Halibörtunla birlikdə mübarizə əzmi nümayiş etdirib. Halibörtun liderliyi ilə “Indiana” komandası oyunun bütün komponentlərində üstün olaraq seriyanı yeddinci – həlledici oyuna daşıyıb.

NBA çempionluğunun taleyini müəyyən edəcək 7-ci və son oyun 23 iyun, Bakı vaxtı ilə saat 04:00-da, Oklahoma ştatındakı “Paycom Center” arenasında keçiriləcək.

Qarşılaşmanın qalibi 2024-cü ilin NBA çempionu olacaq.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600