Nə ABŞ, nə İsrail, nə də İran... Böyük savaşın görünməz qalibi BU ÖLKƏ OLDU — TƏHLİL

media-hightechnic-468x90

“ABŞ-İsrail – İran müharibəsinin qazananı Pakistan oldu.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında hərbi jurnalist Səxavət Məmməd bildirib.

media-sexavet-1

Jurnalist bölgədə baş verən hərbi qarşıdurma və hazırkı gedişat haqqında geniş təhlil təqdim edib:

“ABŞ-İsrail cütlüyü ilə İran arasında baş verən hərbi qarşıdurmanın atəşkəslə nəticələnməsi regionun siyasi xəritəsində yeni reallıqlar yaratdı. Müharibənin gedişatı və yekunları göstərir ki, tərəflərin qarşıya qoyduğu strateji hədəflərlə real nəticələr arasında ciddi fərqlər mövcuddur. ABŞ və İsrailin başlıca məqsədi İrandakı mövcud rejimi dəyişmək və ölkənin nüvə potensialını tamamilə sıfırlamaq idi. Ancaq əldə olunan nəticələr bu hədəflərdən çox uzaqdır.”

S. Məmməd müharibənin ilk günlərində Trampın qarşıya qoyduğu məqsədlərə çata bilmədiyini xüsusi vurğulayıb:

“Rejim dəyişikliyi baş tutmadı. Əksinə, müharibə daxili iyerarxiyada yeni simvollar yaratdı. Ali dini liderin “şəhid”, onun yerinə gələn varisinin isə “qazi” statusu alması hakimiyyətin ideoloji sütunlarını sarsıtmaq əvəzinə, müəyyən mənada daha da möhkəmləndirdi. Nüvə və raket proqramı ilə bağlı atəşkəs razılaşmasında qeyd olunan nəzarət mexanizmləri müharibədən əvvəl də mövcud idi. İranın ballistik raket proqramı isə, ümumiyyətlə, müzakirə mövzusuna çevrilmədi. Bu, İranın müdafiə sənayesinin əsas gücünü qoruyub saxlaması deməkdir.

Bu müharibənin gözlənilməz, ancaq ən real qazananlarından biri Pakistan oldu. Müharibənin dayandırılması prosesində İslamabadın vasitəçiliyi və sözünün keçərliyi, onun diplomatik çəkisini regionda Türkiyə kimi güclü oyunçuların önünə keçirdi.”

Jurnalist digər qazanan tərəfin İraq olduğunu qeyd edib:

“İranın İraq ərazisindəki ABŞ hərbi bazalarını hədəf alması və onları neytrallaşdırması, faktiki olaraq Bağdadın üzərindəki xarici hərbi təzyiqi azaltdı və ölkənin regional manevr imkanlarını genişləndirdi.”

Səxavət Məmməd sonda müharibənin ən çox zərər görən tərəfinin Körfəz ölkələri olduğunu diqqətə çatdırıb:

“Müharibənin ən böyük strateji itkisini Körfəz ölkələri yaşadı. Onlar illərdir güvəndikləri “təhlükəsizlik çətiri'”nin (ABŞ bazaları) İranın raket zərbələri qarşısında nə qədər həssas olduğunu gördülər. Bundan sonra Körfəz ölkələri təkcə Qərbin müdafiəsinə deyil, həm də İranın regiondakı diqtəsinə və maraqlarına uyğun siyasət yürütmək məcburiyyətində qalacaqlar.

İranın hava hücumundan müdafiə sistemlərindəki ciddi boşluqlara baxmayaraq, tətbiq etdiyi “müharibəni coğrafi olaraq şaxələndirmə” strategiyası özünü doğrultdu. Hörmüz və Bab əl-Məndəb boğazlarının eyni vaxtda təhdid altında qalması, qlobal enerji bazarına birbaşa təsir imkanı və Husilər/Hizbullah koordinasiyası ABŞ-ni daha böyük iqtisadi iflicdən qaçmaq üçün atəşkəsə razı olmağa vadar etdi. Bu müharibə sübut etdi ki, müasir döyüşlərdə yalnız texnoloji üstünlük deyil, həm də vaxtın, məsafənin və logistik risklərin düzgün hesablanması nəticəni müəyyən edən əsas amillərdir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05