!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nə yol polisi, nə BNA, nə də TƏBİB düzgün işləyir, insanlar bir-birinin belindədir” - Partiya sədri OD PÜSKÜRDÜ

!Reklam – Yazi

“İnsanları belə aşağılamaq, onların əsəblərilə bu qədər oynamaq olmaz”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında pandemiya dönəmində yol hərəkətinin təşkili və Operatv Qərargah tərəfindən qəbul edilmiş qərarlara münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Elşad Musayev Bakı şəhəri üzrə idarəetmənin sıfır səviyyəsində olduğunu qeyd edib:

“Azərbaycanda yol problemi getdikcə gərginləşir. Elə bu səhər mən özüm bir saat yarımdan çox yollarda qalmışam. Pandemiya şəraitində avtobuslar ağzına qədər dolu, nəfəs almağa imkan yoxdur, metro da bağlı.

Belə vəziyyətdə, təbii ki, virus yayılar. Bu onu göstərir ki, şəhərin idarə olunması sıfır səviyyəsindədir. Nə yol polisi, nə BNA, nə də pandemiya ilə əlaqədar TƏBİB düz-əməlli işləyə bilir. Metro bağlı, avtobuslarda da insanlar bir-birinin belində… Bu, özbaşınalıqdır və ciddi narazılıq doğurur.

Dövlət başçısı istənilən yerə gedə bilər, o, harasa gedəndə, dörd tərəfdən də yol bağlanmalı deyil ki… Bu, qəbulolunmaz bir haldır. İnsanları bu qədər aşağılamaq, onların əsəblərilə bu qədər oynamaq olmaz. Açığı, biz narazılığımızı bildiririk”.

Aqil Bəkir

www.yenicag.az

845
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv