!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəfəs kəsən istilərdə ÇALIŞANLAR: Qanunvericiliyin tələblərini pozanları hansı cəza gözləyir? - AÇIQLAMA

!Reklam – Yazi

Azərbaycanda açıq hava şəraitində, günün altında işləmək məcburiyyətində qalan xeyli insan var. Nəzərə alsaq ki, son günlər ölkə ərazisində normadan artıq istilər müşahidə edilir, bu da günün altında fəaliyyət göstərənlərin sağlamlığında ciddi problem yaratma ehtimalını ortaya çıxarır. Rəsmi qurumların əhaliyə istilərlə bağlı xəbərdarlıq etməsinə baxmayaraq, buna məhəl qoymayanlar da var.

Azərbaycan qanunvericiliyi bu kimi hallarda işçilərin əmək hüquqlarının qorunması üçün nələri nəzərdə tutub?

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Aynur Osmanqızı Yenicag.az-a açıqlamasında əmək şəraiti şərtləri daxilində günün isti vaxtlarında iş dayandırılaraq və hissələrə bölünərək iş rejiminin tənzimlənməli olduğunu deyib.

O, 41 dərəcə Selsidən çox olan hava şəraitində əmək qanunvericiliyinə uyğun olaraq açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsinin dayandırılmalı olduğunu bildirib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bildirir ki, havanın temperaturunun 41 dərəcə Selsidən çox olan hava şəraitində əmək qanunvericiliyin tələblərinə əsasən işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biridir.

Qeyd olunub ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Məcəlləyə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər”.

Sadiq Cavadov

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv